İsrailin ötən gecə İrana hücumu İranın ordu komandanlığına ciddi zərbə vurub. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, öldürülən yüksək rütbəli İran rəsmilərinin siyahısında bu generalların adı var:
– Baş Qərargah rəisi Məhəmməd Baqiri.
– SEPAH komandiri Hüseyn Salami.
– SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.
– İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi.
– İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid.
– Nüvə fizikası – İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci.
İran tərəfi isə İsrailə ağır və sarsıdıcı zərbə vurulacağını bəyan edib. ABŞ rəsmiləri isə bu zərbələrdə xəbərsiz olduqlarını bəyan etməkdədirlər.
A.Məmmədli