Əsas məzmuna keç

Bir nəfər 8 uşağı güllələyib öldürdü- DƏHŞƏT

Türkiyənin ardınca terror və qətl ABŞ-a sıçradı. Belə ki, ABŞ-ın Luiziana ştatında silahlı şəxs bazar günü səhər saatlarında iki fərqli evdə baş verən atışmada səkkiz uşağı öldürüb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Şrivport şəhərin polisi idarəsinin sözçüsü Kris Bordelo X- də məlumat verib. O deyib ki, bu qanlı hadisə son iki ildən çox müddətdə ölkədə baş verən ən ölümcül kütləvi atışmadır. Hadisə isə belə olub: hadisənin qurbanları 1-14 yaş arası uşaqlar olub. Bordelo hadisə zamanı 10 nəfərin güllələndiyini və uşaqlardan bəzilərinin qatillə qohum olduğunu deyib. Silahlı şəxs daha sonra polislərlə yaşanan qarşıdurma zamanı öldürülüb.

İstintaq bu qanlı hadisənin əsl səbəbini öyrənməyə çalışır.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…