Əsas məzmuna keç

Birjada gümüş 48 dollara çatdı – Son 13 ilin ən yüksək göstəricisi

“Comex” birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersləri 1 troya unsiyası üçün 48,01 dollara qədər bahalaşıb.

Tezadlar.az xəbər verir ki, qiymət 2011-ci il mayın 2-dən bəri ilk dəfə bu səviyyəyə çatıb.

Belə ki, Bakı vaxtı ilə saat 17:12-ə olan məlumata görə, gümüşün qiyməti 1,45% artıb.

Qeyd olunur ki, gümüş bir il ərzində 64%-dən çox bahalaşıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…