Azərbaycan Texniki Universitetində “Bitget Hackaton – Startap” müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqəyə AzTU, BMU və AzMİU tələbələrindən ibarət komandaların “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsi təqdim edilmişdi. Qaliblərə Bitget kripto platformasınıən təsis etdiyi xüsusi mükafatlar verilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə
Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, ekspertlərin qiymətləndirməsi əsasında aşağıdakı layihələr qalib elan olunub:
“1-ci yer – 1500 $, TriftWire (AzTU) – Thriftwire istifadəçilərə blockchain və P2P modeli üzərindən sürətli və sərfəli beynəlxalq pul köçürmələri imkanı yaradır.
2-ci yer – 1000 $, RugShield (BMU) – RugShield, AI texnologiyası ilə blockchain və sosial siqnalları analiz edərək istifadəçiləri mümkün fırıldaq tokenlər barədə xəbərdar edən platformadır.
3-cü yer – 500 $, CopyStake (AzTU) – Copystake, müəlliflər olan yaradıcı şəxslərə və investorlara kripo (Bitcoin) vasitəsilə blockchain üzərindən alqı-satqı imkanı yaradan platformadır”, – deyə Osman Gündüz diqqətə çatdırıb.
JASMİN