4 Aprel 2025 / 09:15

“Bizi sülhün tərəfini tutduğumuza görə cəzalandırırlar…”

“Qərb ölkələri Gürcüstanı sülhün tərəfini tutduğuna və müharibədən imtina etdiyinə görə cəzalandırır”. Tezadlar.az xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində xarici işlər naziri Maka Boçorişvili deyib. Sitat: “Gürcüstan hakimiyyətini etdiyi seçimə görə cəzalandırırlar. Biz müharibənin yox, sülhün lehinə seçim etmişik. Hakimiyyət ölkəmizdə müharibə və qeyri-sabitlikdən əl çəkib. Məhz buna görə də Gürcüstan dövlətinə müəyyən qüvvələr tərəfindən bu cür təzyiqlər aldıq”. Nazir qeyd edib ki, təzyiqlər davam edir və bu cür aksiyaları həyata keçirən qüvvələr heç yana getməyib. Nazirin sözlərinə görə, bəzilərinin hələ də Gürcüstanda qeyri-sabitliyin saxlanmasında marağı var.

Gürcüstan bir sıra Avropa ölkələrinin sanksiyalarına məruz qalmaqdadır. Bu isə ölkə iqtisadiyyatına ciddi təsir etməkdədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!