Əsas məzmuna keç

BLİNKEN İSRAİLDƏ

ABŞ dövlət katibi Antoni Blinken İsrailə gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı yazır.

Dövlət Departamenti rəhbərinin səfəri onun HƏMAS-ın keçən il oktyabrın 7-də İsrailə hücumundan sonra vəziyyətin pisləşməsindən sonra Yaxın Şərqə 11-ci səfəri olacaq.

Blinkenin İsrailin baş naziri Binyamin Netanyahu, eləcə də ölkə prezidenti İsaak Hersoqla görüşü gözlənilir.

Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Antoni Blinkenin oktyabrın 21-25-də baş tutacaq Yaxın Şərq turu barədə məlumat vermişdi.

RT xatırladır ki, bundan əvvəl ABŞ dövlət katibi ölkə prezidenti Co Baydenin ardınca ABŞ-dakı Milton qasırğası ilə əlaqədar Almaniyaya səfərini ləğv edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…