AVROPA PARLAMENTİ DƏ “TİK-TOK”LA MÜBARİZƏYƏ QALXDI

 Bu gün Avropa Parlamenti Avropa Komissiyası və Aİ Şurasının ardınca “TikTok” sosial şəbəkəsinin biznes cihazlarında istifadəsini qadağan edib və Avropa Parlamentinin deputatlarına proqramı telefonlarından silməyi tövsiyə edib.

DÜNYA AZƏRBAYCANLILARI XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇIRİB

Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı onlayn formatda beynəlxalq konfrans keçirib. Tədbirə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Hollandiya, Avstraliya, Yunanıstan, İtaliya, Polşa, ABŞ, Kanada, Gürcüstandan da iştirakçılar qatılıblar.

ETSN ÖTƏN HƏFTƏ TƏBİƏTƏ DAHA 25 MİN AĞAC BƏXŞ EDİB

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri şənbə və bazar günləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumların əməkdaşlarının iştirakı ilə Zaqatala, Şəki, Bərdə və Şabran rayonlarında keçirilib, 11 500 müxtəlif növ ağac tingi əkilib, 270 kiloqram toxum səpilib.

HACIQABULDA YENİ MÜƏSSİSƏ AÇILIB

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə – “Provive” MMC fəaliyyətə başlayıb.

SƏRHƏDÇİ İDMANÇILAR XOCALI ŞƏHİDLƏRİNİ BELƏ YAD ETDİ- FOTO

  Fevralın 26-da Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Sərhədçi kuboku” uğrunda cüdo üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında yarış keçirilmişdir.

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV HƏRBÇİLƏRLƏ GÖRÜŞ KEÇİRİB

Fevralın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən N saylı hərbi hissənin əsgər və zabitləri ilə rayonun Heydər Əliyev Mərkəzində  “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda görüş keçirib.

PREZİDENT İLHAM ƏLİYEV XOCALI SOYQIRIMI ABİDƏSİNİ ZİYARƏT EDİB

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

LAÇIN-XANKƏNDİ YOLU: EKOAKSİYANIN 77-Cİ GÜNÜ

Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada manitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdiyi ekoaksiyası 77 gündür davam edir.

XOCALI SOYQIRIMINDAN 31İL ÖTÜR

Tarixdə dinc əhalisi kütləvi qətliam edilməsiilə dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı […]

KAMÇATKA SAHİLLƏRİNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Kamçatka sahillərində zəlzələ baş verib. Tezadlar.az mənbələrə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 6,1 olub. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda qeydə alınıb. Hazırda zəlzələnin episentrinin Kamçatkanın cənub-qərb sahilləri yaxınlığında (yerin 65 kilometr dərinliyində) yerləşdiyi məlumdur. Yeraltı təkanların gücü barədə məlumat verilmir. Bundan əlavə, itkilər və mümkün dağıntılar barədə məlumat yoxdur. E.ŞİRİNOV

“XOCALI SOYQIRIMI BƏŞƏR TARİXİNDƏ ƏN QANLI CİNAYƏTLƏRDƏN BİRİDİR”

Azərbaycan xalqı ermənilərin tarixən başımıza gətirdikləri faciələri, o cümlədən  Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra Ermənistana təklif olunan sülh müqaviləsindən bəhs edərkən daim bu məqamı xüsusi qeyd edir ki, yaşadığımız faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmarıq. Çoxəsrlik tariximizin hər bir səhifəsini indiki və […]

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİNDƏNDİR

Güclü iqtisadiyyata malik ölkələrdə iqtisadiyyatın dövlət tənzimlənməsi müxtəlif metod və mexanizmlərlə həyata keçirilir. Dünyada qəbul olunan regional inkişaf mexanizmi və onun öyrənilmə metodları Azərbaycanda da geniş tətbiq olunur. Bunun üçün dövlətin qarşıya qoyduğu regionların sosial-iqtisadi inkişaf siyasəti regional inkişafın təminatçısı, eyni zamanda ölkəmizin bu sahədə uğurlu, davamlı və dinamik inkişafının göstəricisidir.

DTX “İŞİD”İN İKİ MƏSUL ŞƏXSİNİ YAXALADI

dtx

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.

VARDANYANA “RƏDD OL” DEDİLƏR

Qarabağdakı separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyan saxta “dövlət naziri” Ruben Vardanyanı “tutduğu vəzifədən azad edib”.

SOFİYA ROTARU BÜTÜN RUSLAR ÜÇÜN OXUMAQDAN İMTİNA ETDİ

Ukraynalı müğənni Sofiya Rotaru inanılmaz pula belə ruslar üçün korporativ ziyafətdə çıxış etməkdən imtina edib. Rusiyalı model Anna Kalaşnikovanın Rusiya mətbuatına verdiyi məlumata görə, Rotaruya çıxışı üçün 100 min avro təklif edilsə də, o, razılaşmayıb.

ÖLÜM GÖZ İLƏ QAŞ ARASINDADIRSA…

…Hər kəsin bildiyi bir həqiqətdir ölüm. Halbuki ölüm çox yaxşı bilinsə də, bir çox insanlar ölüm haqqında düşünmür, yaxud da ölümü özündən uzaq görür, dünya həyatının heç bitməyəcəyini zənn edirlər.

PARKİNQ PULSUZ OLDU – MOSKVADA

Moskvada parkinqlər fevralın 23-dən fevralın 25-nə qədər pulsuzdur. Bu barədə paytaxtın Nəqliyyat və yol infrastrukturunun inkişafı departamentinin mətbuat xidmətindən məlumat verilib.

TERRORİZMLƏ NECƏ MÜBARİZƏ APARMALI?

…Allah insana Öz ruhundan üfürdüyünü (Səcdə surəsi, 9) və insanın yer üzündəki xəlifəsi olduğunu (Ənam surəsi, 165) bildirir. İnsanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun nəfs və vicdanla birlikdə yaradılmasıdır.

AMERİKALI SİYASƏTÇİ UKRAYNANI ABŞ-IN KUKLASI ADLANDIRIB

Amerikalı demokrat siyasətçi və Kentukki qubernatorluğuna namizəd Cefri Yanq Twitter-də bildirib ki, 2014-cü ildə baş verən dövlət çevrilişindən sonra Ukrayna ABŞ-ın oyuncağına çevrilib və tamamilə Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon, NATO və ABŞ-ın nəzarətindədir.

RUSİYA MN-İ UKRAYNANIN TƏXRİBAT HAZIRLADIĞINI AÇIQLAYIB

Kiyev rejimi yaxın vaxtlarda Pridnestrovyeyə qarşı təxribat törətməyi planlaşdırır, bu, Rusiya Federasiyasında qadağan olunmuş millətçi “Azov” birləşməsinin iştirakı ilə Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən həyata keçiriləcək.

RUSİYA DESANTLARI USQ-NİN MÖVQELƏRİNİ ƏLƏ KEÇİRİB

Skautlar dronların köməyi ilə meşədə Ukrayna obyekti aşkar ediblər. Onu məhv etmək üçün komandanlıq əraziyə BMD-2K-AU hava desant döyüş maşınlarında zirehli qrup tərəfindən dəstəklənən, paraşütçü artilleriyaçılarının minaatan ekipajları ilə birləşdirilmiş hava-hücum bölməsi göndərib.

HƏFTƏBECƏR

Xəbər verilir ki, Xalq artisti Tünzalə Ağayeva “İnstaqram” hesabında paylaşdığı mini yubkalı çəkilmiş, yəni baldırları çöldə qalan şəkilləri ilə izləyicilərinin marağına səbəb olub. P.S. Rəhmətliyin uşağı, marağa səbəb olar dəə… Əvvəla, izləyicilər başa düşmürlər ki, xalq artistinin hər yerini xalq görməli və qiymət verməlidir. İkinıcisi isə, Tünzalə xanımın baldırları çöldə qalan şəkilləri ona görə marağa […]

İSMAYILLIDA ƏDALƏT NİYƏ HAKİMİN TACI OLMAMALIDIR?

mehkeme

“Vətənin böyüklüyü, onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur”. (T.V.Vilson) Bildiyimiz kimi bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri mənfi hallara qarşı mübarizəni gücləndirməkdir. Xalqın hüquqi müdafiəsini təmin etmək, cəmiyyət və dövlət arasındakı münasibətləri tənzimləmək də ölkə prezidentini narahat edən əsas məsələlərdəndir. Bəs hüquqi islahatlar aidiyyəti orqanlar tərəfindən necə həyata keçirilir? Məhkəmə instansiyaları xalq […]

NARKOTACİRLƏRƏ NİYƏ TÖVBƏ YOXDUR?

Polis narkotacirlərə qarşı var gücü ilə mübarizə aparır, amma nə sirdirsə, onların nə özlərinin kökü, nə də əməllərinin ardı kəsilmir. Budur, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. DİN məlumat yayıb ki, əmƏməliyyat nəticəsində Elnur Əsədov və onun […]

VANQ Yİ ÇİN VƏ RUSİYA ARASINDA YENİ RAZILAŞMALARA EYHAM VURUB

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Moskvada aparılan danışıqların nəticələrinə görə Çin və Rusiya arasında yeni razılaşmalar gözlədiyini bildirib.

ERMƏNİSTANIN XOCALI CİNAYƏTİ-TÜRKLƏRƏ QARŞI SOYQIRIM

xocali-3

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Heydər Əliyev

PUTİNDƏN SƏRT AÇIQLAMA: QƏRB CİNİ ŞÜŞƏDƏN ÇIXARTDI

Donbas probleminin sülh yolu ilə həlli üçün əllərindən gələni etdiklərini, ancaq Qərbin fərqli bir ssenari hazırladığını söyləyən Rusiya prezidenti Vladimir Putin “Cini şüşədən çıxaranın Qərb olduğunu dünyada heç kim unutmayıb” deyib.

RUSİYA ABŞ SƏFİRİNİ XİN-Ə NİYƏ ÇAĞIRDI?

ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Ukraynaya artan dəstək, eləcə də “Şimal axını”nda təxribatın araşdırılması ilə bağlı iddiaları bildiriblər.

PUTİN UKRAYNANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏK CƏHDLƏRİNİ AÇIQLAYIB

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, Ukrayna hələ Rusiyanın xüsusi əməliyyatı başlamazdan əvvəl hava hücumundan müdafiə sistemləri (hava hücumundan müdafiə), aviasiya və nüvə silahları əldə etmək üçün Qərblə danışıqlar aparırdı.