Əsas məzmuna keç

TACİKİSTANDA 6,8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Bu gün Tacikistanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 10,8 min nəfərin yaşadığı Murqaba kəndindən 66 km cənub-qərbdə yerləşib. Mənbə 20 km dərinlikdə yerləşib.

Daha əvvəl 7.1 bal gücündə məlumat alınıb.

Çin Seysmoloji Mərkəzinin məlumatına görə, Pekin vaxtı ilə saat 08:37-də 7,2 bal gücündə zəlzələ baş verib. Mənbə 10 km dərinlikdə yerləşib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 05:55-də Murqab kəndindən 46 km qərbdə 5,2 bal gücündə növbəti təkan qeydə alınıb. Mənbə 67 km dərinlikdə yerləşib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…