Əsas məzmuna keç

AZTU İLƏ BİLİŞİM VADİSİ ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANIB

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Bilişim Vadisi arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Universitetdən Tezadlar.az-a verilən məlumata görə, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.

Protokola əsasən, Bilişim Vadisi AzTU-da beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərəcək.

E.ŞİRİNOV

3

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…