KÜLLİ MİQDARDA PSİXOTROP MADDƏ AŞKARLANIB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. 

AVROPA QAZI 100 MİLYARD AVROYA ALIB

Avropa Komissiyasının (AK) hesabatında deyilir ki, 2022-ci ilin üçüncü rübündə Avropa 101 milyard avroya qaz alıb. Yanacağa sərf edilən xərclər əvvəlki illə müqayisədə (29 milyard avro) 3,5 dəfə artaraq onilliyin ən yüksək göstəricisi olub.

PUTİN RUSİYA HÖKUMƏTİNƏ TAPŞIRIQ VERİB

Rusiya prezidenti Vladimir Putin hökumətə 2023-cü il iyulun 1-dək şəxsi məlumatları sızdıran şirkətlərə qarşı dövriyyə cərimələrinin müəyyən edilməsini, habelə onların qanunsuz dövriyyəsinə görə məsuliyyətin artırılmasını nəzərdən keçirməyi tapşırıb.

DXR-DƏ EYNİ YERDƏ BİR GÜN FƏRQLƏ USQ-NİN ÜÇ QRUPU MƏHV EDİLİB

Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi açıq-aşkar təhlükəli ərazilərə şəxsi heyəti göndərməkdə, onları top yeminə çevirməkdə davam edir. Belə ki, bir gün fərqlə Rusiya xüsusi təyinatlılarının kəşfiyyatçıları Donetsk Xalq Respublikası ərazisində eyni yerdə eyni vaxtda üç qrupu – iki diversiya və bir evakuasiyanı məhv ediblər.

MAKRON ÜZR İSTƏMƏKDƏN İMTİNA EDİR

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Afrika ölkələrinin müstəmləkələşdirilməsi kimi hadisələrə görə üzr istəməyə çalışmamaq, ölkənin tarixinə “birbaşa” baxmaq lazımdır. Beləliklə, o, bu ölkənin Fransanın müstəmləkəsi olduğu dövr üçün Əlcəzair hökumətindən və vətəndaşlarından əfv istəməkdən imtina etməsini izah edib.

AZTU-DA YENİ TƏYİNAT

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq.

İKİ BÜRC 2023-CÜ İL YANVAR AYININ SONUNDA SEVGİ İLƏ QARŞILAŞACAQ

Onları romantik bir dövr gözləyir, amma hamı buna bir ömürlük sevgi kimi yanaşmamalıdır Astroloqlar yanvar ayı üçün sevgi ulduz falı hazırlayıb və qeyd ediblər ki, Qoç və Qız bürcünü əsl romantik macəralar gözləyir. Yalnız bir halda o, ciddi bir əlaqəyə çevriləcək, ikinci halda isə müvəqqəti bir əlaqə olaraq qalacaq. Sizi nə gözləyir – materialı oxuyun. […]

ERMƏNİSTANIN TƏXRİBATLARI SƏNGİMİR

“Post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədilir”.

QADIN GÖZƏLLİK SALONLARI BAĞLANACAQ

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının rəhbərliyi ölkədə qadınlar üçün gözəllik salonlarının bağlanması barədə göstəriş verib.

YENİ POLŞA DİVİZİYASININ YARADILMASI TƏCAVÜZKAR ADDIMDIR

Polşanın Belarus sərhədləri yaxınlığında yeni diviziya yerləşdirmək planlarını yalnız həm Minskə, həm Rusiya və Belarus İttifaq Dövlətinə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı aqressiv addım kimi qiymətləndirmək olar.

SOĞANIN QİYMƏTİ UKRAYNADA DA BAHALAŞDI

İlin əvvəlindən Ukraynada soğanın qiyməti orta hesabla 12% artıb, indi əksər fermerlər onu  kiloqramı 25-28 qrivendən  (təqribən 1 manat 16 qəpikdən 1 manat 30 qəpik arası) ucuz olmadan göndərməyə hazırdır.

ÖTƏN İL 63 ƏMƏK YARMARKASI TƏŞKİL EDİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi, mövcud vakansiyalarla tanışlıq və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə ötən il 63 əmək yarmarkası keçirilib.

ƏMƏK KİTABÇASINDA İŞÇİNİN VƏZİFƏSİNİN DÜZGÜN YAZILMAMASININ FƏSADLARI

Hər bir işçi çalışmalıdır ki, Əmək müqaviləsində və buna müvafiq olaraq Əmək kitabçasında işlədiyi vəzifənin (peşənin) adı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yazılsın, əks halda həm əmək münasibətlərində olduğu dövrdə, həm də gələcəkdə bir çox əmək və ya sosial hüquqlarını itirmiş olacaq.

“SƏDƏRƏK”DƏ 20 DÜKAN YANĞINA TƏSLİM OLUB- SƏBƏB MÜƏMMALIDIR

Ötən gün Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində onun “Şirniyyat” adlanan hissəsində ümumi sahəsi 1700 kvadrat metr olan 20 mağaza yanıb.  Bu barədə yanvarın 9-da Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib.  Ticarət Mərkəzi yanğından mühafizə olunub. Yanğın nəticəsində 4 nəfər yanma məhsullarından zəhərlənib, bir nəfər isə yüngül bədən xəsarəti alıb. Yanğının səbəbləri araşdırılır. […]

ARİF BUZOVNALI ŞƏXSİYYƏTİ

Şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri Arif Buzovnalı Azərbaycan ədəbiyyatı, söz, fikir və qəzəl meydanı üçün əzizdir, dəyərlidir. Yaradıcılığını yaxından izləyənlər Arif Buzovnalının Azərbaycan ədəbiyyatına, qəzəl janrına nə qədər bağlı olduğunu bilirlər və yaşadılması üçün göstərdiyi səmimi fədakarlıqlarını yüksək qiymətləndirirlər.

PUŞİLİN MERKEL VƏ OLLANDIN YALANLARINDAN DANIŞIB

Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Fransua Olland Donbassdakı vəziyyəti həll etmək üçün Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərək yalan danışıblar.

SÜRÜCÜLƏR, EHTİYATLI OLUN!

Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Aİ UKRAYNA QARŞISINDA TƏLƏB QOYDU

 Avropa İttifaqı Ukrayna hökumətini Aİ-nin dəstəyi ilə hazırlanmış Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramını tez bir zamanda təsdiq etməyə çağırır.

BÖYÜK QƏLƏBƏDƏN BÖYÜK QAYIDIŞA GEDƏN YOL

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işləri birmənalı olaraq hər bir azərbaycanlını sevindirir. 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısında duran prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq və insanların oraya qaytarılmasıdır. Artıq iki ildən çoxdur ki, dövlət öz iqtisadi qüdrəti hesabına işğaldan […]

QAR YOLLARI BAĞLADI- TƏHLÜKƏ

Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistral yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

KOSOVODAKI BARRİKADALAR SÖKÜLDÜ – SONUNCU…

NATO KFOR-un (Kosovo qüvvələri -NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələr-red) himayəsi altında olan sülhməramlı missiya yanvarın 5-də Kosovonun şimalında yerli serblər tərəfindən son gərginlik zamanı tikilmiş sonuncu nəzarət-buraxılış məntəqələri və barrikadaları söküb.

SABAH AXŞAMDAN AZƏRBAYCANDA QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

FTX DƏMİR YOLUNDA TƏXRİBATI DAYANDIRIB

TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Çelyabinsk vilayətində dəmir yolunda təxribatı dayandırıb və üç diversantı cinayət başında yaxalayıb.

İSTEHLAKA YARARSIZ QİDA MƏHSULLARI MƏHV EDİLİB

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

ABŞ SƏFİRLİYİ RUSLARA MÜRACİƏT EDİB

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya xalqına müraciət dərc edib və onu video-çıxışla dəstəkləyib. Amerika diplomatik missiyasının müraciəti Telegram-da yerləşdirilib.