BƏRDƏDƏ QADIN NARKOTACİR SAXLANILIB

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

UKRAYNA SQ SON SUTKADA RUSİYANIN 10 HAVA HƏDƏFİNİ MƏHV EDİB

Ukrayna Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri son sutka ərzində Rusiyanın 10 hava hədəfi, o cümlədən 6 “Orlan-10” tipli politsuz uçuş aparatı (PUA), 1 “Forpost” tipli PUA və 3 qanadlı raketini vurub.

MİLLİ QƏHRƏMAN İLQAR MIRZƏYEVİN ANIM MƏRASİMİ KEÇİRİLİB

Mayın 8-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

SABUNÇUDA BU TƏHLÜKƏ ARADAN QALDIRILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, 38 ünvanında hündürlüyü təxminən 15 metr olan tüstü borusunun aşma təhlükəsi ilə əlaqədar məlumat daxil olub.

BAKIDA YAŞAYIŞ BİNASINDA YANĞIN BAŞ VERİB

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

BU GÜN 21 MİNƏ YAXIN ŞAGİRD AZƏRBAYCAN DİLİNDƏN İMTAHAN VERƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili […]

TARZƏN RAMİZ QULİYEVİN 75 İLLİYİ QEYD OLUNDU

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.

DYP “TƏZADLAR”IN RAMAZAN NAMAZI QILAN ƏMƏKDAŞINA CƏRİMƏ YAZDI

Elşad Quliyev: “Cənab general, dindar deyiləm, Ramazan bayramı günü hamı kimi, mən də məscidə gedib Allahdan 44 günlük Zəfər müharibəsində  şəhid olmuş igidlərimizin ruhuna dualar etdim, Ali Baş Komandan, Prezident İlham Əliyevə uzun ömür, cansağlığı arzuladım, amma…”

PENSİYALAR QRAFİKDƏN ƏVVƏL ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilərək yekunlaşdırıb.

DTX AZƏRBAYCANDA XARİCİ BİOLOJİ LABORATORİYALARIN OLDUĞU İDDİASINI TƏKZİB ETDİ

dtx

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir”. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi […]

QARADAĞDA ZAVODDA PARTLAYIŞ: ÖLƏN VAR

Mayın 6-da Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

SABAH 21 MİNƏ YAXIN ŞAGİRD AZƏRBAYCAN DİLİNDƏN İMTAHAN VERƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili […]

ŞƏHİD AİLƏSİ: “İKİ UŞAĞIMLA ÇOX ÇƏTİN VƏZİYYƏTDƏYƏM”

“Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri mənim şəhid ailələri üçün verilən evlərdən mənzil almağıma mane olurlar. Mən Binəqədi rayonunda əmimin evində qeydiyyatdayam və uşaqlarım burada təhsil alırlar. Kirayə yaşadığım üçün ev növbəsinə düşmək istəsəm də, qurum mənim sənədlərimi qəbul etmir”.

PULU DA GEDİB, SAĞLAMLIĞI DA… – ŞİKAYƏT

Redaksiyamıza səhiyyənin, eləcə də xəstəxanaların vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından mütəmadi olaraq istər yazılı, istərsə də elektron şikayətlər, narazılıqlar daxil olur. Lakin səhiyyə sahəsində islahatlar aparılmasına baxmayaraq, bu problemlər öz həllini tapmır.

“ÖLKƏMİZDƏ TƏHSİLİN VƏ ELMİN İNKİŞAFI PRİORİTET İSTİQAMƏTLƏRİNDƏNDİR”

“Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli […]

«TƏZADLAR»IN SOCAR-LA BAĞLI YAZILARINA RƏSMİ REAKSİYA GƏLDİ- YENILƏNDİ

SOCAR-ın Nəqliyyat və Təchizat idarələrindəki ciddi korrupsiya fəaliyyətinə dair şübhələrin araşdırılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Dövlət Neft Şirkəti qarışmalı oldu…

BALAKƏNDƏ NARKOTİKLƏ ƏLAQƏDAR 13 NƏFƏR TUTULDU

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏN METAL TOPLAYANLAR SAXLANILDI

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.

ŞƏHİD VÜSAL TAHİROVUN DOĞUM GÜNÜ QEYD EDİLDİ

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Xüsusi Təyinatlı Qüvvələrin giziri Tahirov Vüsal Mehdi oğlunun anadan olmasının 25-ci il dönümü qeyd edilib.

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMİ BARƏDƏ ARAŞDIRMA BAŞLANILDI

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. Məlumata görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

ORDUMUZUN MÖVQELƏRİ YENƏ ATƏŞƏ TUTULDU

Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

“ERMƏNİ VANDALİZMİ: İŞĞALDAN ÖNCƏ VƏ SONRA” – FOTO-SƏRGİ

“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrası məqsədilə Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Macarıstan-Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra” adlı foto-sərgi keçirilib.

29 MİN NƏFƏR SOYADLARINDAKI RUS ŞƏKİLÇİLƏRİNDƏN İMTİNA ETDİLƏR, AMMA…

Tbilisi şəhər məhkəməsi “Salam Platforması”nın “Soyadımı Qaytar” kampaniyası ilə bağlı Gürcüstan Parlamentinə qarşı qaldırdığı iddianı təmin etməyib.  Tezadlar.az xəbər verir ki, bu barədə sözügedən platforma məlumat yayıb. Məlumata əsasən, iddia ilə bağlı qərarı 29 aprel tarixində Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Buaçidze verib. Platforma üzvləri, hakimin petisiyaya imza atan 27 min şəxsin soyadlarına səciyyəvi soyad […]

HƏRBİ ATTAŞELƏR HƏRBİ HİSSƏNİ ZİYARƏT EDİBLƏR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

FHN: BİRİ AZYAŞLI OLMAQLA 6 NƏFƏR XİLAS OLUNUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

BEYLƏQANDA ÇƏTƏNƏ ƏKİB-BECƏRƏNLƏR SAXLANILDI

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

QAR YAĞACAĞI EHTİMALI VAR

Mayın 1-i saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

BU GÜN 19 MİNDƏN ÇOX ŞAGİRD BURAXILIŞ İMTAHANI VERƏCƏK

Mayın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi […]

AZƏRBAYCAN CÜDOÇUSU AVROPA ÇEMPİONU OLDU

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finalda italiyalı cüdoçu Covanni Espositonu məğlub edərək Avropa çempionu olub.

PREZİDENT XTQ-NİN HƏRBİ HİSSƏSİNDƏ OLUB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

TƏRTƏRİN İCRA BAŞÇISI ŞƏHİD AİLƏSİNİ ZİYARƏT ETDİ

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Mamırlı kəndindən olan Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.