PREZİDENT XTQ-NİN HƏRBİ HİSSƏSİNDƏ OLUB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

TƏRTƏRİN İCRA BAŞÇISI ŞƏHİD AİLƏSİNİ ZİYARƏT ETDİ

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Mamırlı kəndindən olan Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.

ELDAR HƏSƏNOVUN SƏHHƏTİ PİSLƏŞDİ- HƏBSXANAYA KÖÇÜRÜLDÜ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlığdan məhrum edilən Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

BİNƏQƏDİDƏ SUDAN İSTİFADƏDƏ ÖZBAŞINALIQ

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi rayonunda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

GƏNCƏDƏ QANUNSUZ HEYVAN KƏSİMİ MƏNTƏQƏLƏRİ AŞKARLANDI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilən reyd zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib.

ABŞ-IN AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ ERMƏNİSTANDAKI SƏFİRLƏRİ GÖRÜŞDÜ- BAKIDA

Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş […]

BİR QRUP HƏRBİ QULLUQÇU MÜKAFATLANDIRILDI

Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib.

ELDAR ƏZİZOV BAKIDAKI QƏZALI BİNALARIN TALEYİNDƏN DANIŞIB

“Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb”.

AQRAR SAHƏDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNƏ NECƏ RİAYƏT OLUNUR?

Hər il 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Bu günün tarixi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma gününün qeyd olunması ilə başlayıb. Sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü elan olunub.

ABŞ DONDURULMUŞ BÜTÜN PULLARINI UKRAYNAYA VERDİ- İNANILMAZ

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydeni Rusiyaya sanksiyaya məruz qalan oliqarxların dondurulmuş dəbdəbəli mallarını satmağa və vəsaiti Ukraynaya yardım üçün göndərməyə çağıran simvolik qanun layihəsini qəbul edib.

QARADAĞDA TORPAQLARI QANUNSUZ İCARƏYƏ KİM VERİB?

Xəbər verildiyi kimi, bu ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company” (“Masdar”) şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

G20 SAMMİTİNDƏ ZELENSKİ DƏ OLACAQ

Ukrayna-Rusiya müharibəsinin qızğın çağında G20-nin rəhbəri və İndoneziya prezidenti Coko Vidodo Ukrayna rəhbəri Vladimir Zelenskini G20 sammitində iştirak etməyə dəvət edib. 

ƏHMƏD İSMAYILOV: MEDİANI HƏM DƏ İCTİMAİYYƏT FORMALAŞDIRIR

Azərbaycanda “Media haqqında” yeni Qanun qəbul edilib. Yeni Qanunun qəbulunda məqsəd media sahəsində boşluqları doldurmaq, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasıdır.

AZƏRBAYCANLI TARİXÇİ ALİMİN KİTABI İTALİYADA ÇAP OLUNDU

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevin “Səfəvilər Venesiya və Avropa mənbələrində”, (“Safavids in Venetian and European Sources”) adlı monoqrafiyası Venesiyanın Ka’Foskari Universitetinin “Edizioni Ca’ Foscari” nəşriyyatında çap olunub.

HƏFTƏBECƏR

Müğənni Aysel Əlizadə İnstaqram hesabında lüks və bahalı avtomobildə fotosunu paylaşıb ki, guya bu da izləyicilərin marağına səbəb olub. P.S. Marağa səbəb olar dəə… Hamı yaxşı bilir ki, Aysel xanımın səsi, sənəti olmadığından xalqa nəsə göstərməlidir ki, gündəmdə qalsın. Yoxsa toyların qiyməti aşağı düşər axı. Bu səbəbdən bahalı, lüks maşında şəkil çəkdirmək, vəziyyətdən əla çıxış […]

SOCAR-IN NƏQLİYYAT İDARƏSİNİN TEXNİKALARI HANSI MƏMURLARIN TƏSƏRRÜFATINDA İŞLƏYİR?-3-CÜ YAZI

“Maraqlıdır ki, SOCAR Müşahidə Şurasının sədri, Vergilər Nazirliyini tabeliyinə alan iqtisadiyyat naziri Mikayıl Cabbarov niyə bu qədər korrupsiya əməllərinə susur???” (Əvvəli ötən saylarda)  “Təzadlar” şirkətin adının gizli saxlanmasını xahiş edən SOCAR əməkdaşının Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıya təqdim etdiyi maliyyə sənədlərinin araşdırmasını davam etdirir… Bu gün redaksiyamıza yeni bank və maliyyə sənədləri təqdim edildi. Tanınmış iqtisadçı ekspert və hüquqşünasların […]

O POETİK GECƏ…

Allahverdi EMİNOV (Şair Vahid Əzizə məktub) …Neçə gündü özüm də narahat idim: şəxsi qayğılarımla bağlı deyildi. Haçansa eşitdiyim, oxuduğum şeirlərin müəllifinin “poetik ağrıları” idimi fəhmən yaşayırdım? “Deyə bilmərəm” yozumu həqiqəti diqtələyirdi. Deyə bilərəm ki, Vahid Əzizin məni soraqlaması, ağır yüklü qayğıların ağırlığında məni tapmasıydı. Oxucularım məni qınamasın, uzaq illərin yaxınlığında belə anların sayı “Gündəliyim”də öz […]

“BUNLAR ƏLİLLİYİ KİMƏ VERİR BƏS?” – ŞİKAYƏT

Birinci Qarabağ müharibəsində yaralanmış, uzun illər əlilliyə görə təqaüd alan Mübariz Əliyevin əlilliyi sonuncu dəfə təsdiqlənməyib. M.Əliyev deyir ki, 2016-cı ildə onu müayinə edən, 5 illik rəy verən komissiyanın budəfəki qərarı fərqli olub.

KREML PARAD MƏŞQLƏRİNƏ BAŞLADI

Bu gecə Rusiyanın paytaxtında  Qələbənin 77-ci ildönümü münasibətilə  Qırmızı Meydanda keçiriləcək paradda iştirak edəcək hərbi texnika kolonnasının və mexanik – sürücülərin gecə gəzinti təlimi keçirilib.

BAKI TOZ DUMANINA BÜRÜNÜB – SƏBƏB AÇIQLANDI

Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub.

SOLOVYOVUN ÖLÜMÜ KİMƏ LAZIMDIR?..

Əmlakının sayına və dəyərinə görə biznesmenləri xatırladan rusiyalı teleaparıcı Vladimir Solovyovu aradan götürmək istəyənlər varmış…

MİLLİ QƏHRƏMANIN XATİRƏSİ ANILDI

Aprelin 25-də Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Tankçı Veteranlar İctimai Birliyinin və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

MƏŞHUR BİZNESMEN DEPUTAT HƏBS EDİLDİ

Q3 Holdinqinin təsisçisi iğtişaşlarda günahlandırılır. Qazaxıstanda Almatı şəhər məsləhətinin (məclisinin) deputatı Kayrat Kudaybergen bir ay müddətinə həbs edilib (kazinform). “İstintaq məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin edilib. Kudaybergenlə bağlı əməlin kvalifikasiyası barədə qərar qəbul edilənədək, 30 gün müddətinə həbs qətimkan tədbirinin tətbiqinə sanksiya verilib”, – deyə ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsinin mətbuat xidmətindən bildirilib. Almatı […]

QARABAĞDA KİMLƏR BİZNES QURMAQ İSTƏYİR?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir.

PUTİN 9 MAY PARADINI UKRAYNADA DA KEÇİRMƏK İSTƏYİR?

Aprelin 25-i axşam saatlarında Moskvanın mərkəzində Qələbə Günü paradına hazırlıq çərçivəsində mexanikləşdirilmiş koloniyanın sürücüləri və böyük parad heyətləri texnika cəlb edilmədən təlim keçəcəklər.

AKADEMİK ERMƏNİLƏRİN SAXTAKARLIĞINI İFŞA EDİB

Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyi  23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar təşkil edib.

ŞƏMKİR ŞƏHƏR MƏKTƏBİNDƏ BİABIRÇI VƏZİYYƏT

“Pəncərə şüşələri sındığı üçün taxta və zeştlə bağlanıb deyə siniflər yarımqaranlıqdır. Döşəmə bərbad vəziyyətdədir, istilik sistemi normal işləmədiyi üçün siniflər elektrik sobasıyla qızdırılır. Siniflərin qapısı sınıqdır, şagirdlərə qışda soyuq olmasın deyə pəncərələrə politelen vurulub”.

“İNŞAAT KONSTRUKSİYALARI” MMC-NİN SAHİBİNİN “MƏNZİL MACƏRALARI” – ŞİKAYƏT

Azərbaycandakı tikinti sektorundakı özbaşınalıqlar, MMC-lərin, MTK-ların vətəndaşları aldatması, bir mənzilin bir neçə nəfərə satılması haqqında çox yazmışıq. Sözün düzü, adam artıq bu mövzuda yazmaqdan da bezir. Minlərlə insanı aldadırlar, vətəndaşlar etirazlarını bildirir, haqqını tələb edir, amma… Əmması odur ki, hələ ki, bu insanların səsi-harayı səngimir, problem aradan qaldırılmır. Bəzən aidiyyəti dövlət qurumları da bu insanların […]

QARA TORPAQLA ÖZ DİLİNDƏ DANIŞAN ÜZÜ AĞ ADAM…

Teyyub Abdullayev: “Mən dövlətdən yardım istəməmədən bu işləri görürəm, çünki azad və müstəqil fermerəm…” …Onun haqqında yetərincə məlumatlıyam. Biz eyni rayonun iki qonşu kəndinin sakinləriyik… 1990-91-ci illərdə mən “Azərbaycan” qəzetində işləyirdim. O isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib rəsmi orqanlarda işləməkdən imtina etdi, azad sahibkarlıqla məşğul olmağa başladı. Sovet ittifaqı hələ dağılmasa da, dağılacağı artıq […]

ERMƏNİ TƏXRİBATI-DİVERSİYA QRUPUNUN QARŞISI ALINDI

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.

VƏTƏNDAŞLARIN 178 MİN MANATINI ƏLƏ KEÇİRƏN TUTULDU

Vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

GENERALIN OĞLU NİYƏ ÖLDÜRÜLÜB?

İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin komandanının müavini general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

CAHANGİR HACIYEVİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə və digərlərinin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

MEDİANIN CƏMİYYƏTİN VƏ DÖVLƏTİN İNKİŞAFINDA ROLU

Müasir texnologiyanın sürətlə inkişaf edərək həyatımızın bütün sahələrinə müdaxilə etmək imkanlarına malik olduğu bir zamanda media da yeni keyfiyyət göstəriciləri əldə edib. Belə ki, informasiya ötürücülüyü müxtəlif forma və şəkillərdə tarixi inkişaf yolu keçərək bugünkü günə gəlib çıxıb. Medianın həyatımızda və cəmiyyətdə, o cümlədən, dövlət siyasətində rolu informasiya əsrində yeni mahiyyət qazanıb. Ümumilikdə isə, dövlət […]

BAKIDA MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏNİN ÜZVLƏRİ SAXLANILDI

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan, yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan, həmçinin hədə-qorxu ilə tələb etmə və çoxsaylı oğurluq cinayətləri törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

DÖVLƏTİN ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNƏ VERDİYİ DƏRMANLAR APTEKLƏRDƏ SATILIR?

Məlumdur ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən pulsuz verilir. Lakin bəzən həmin dərmanlara ehtiyacı olan xəstələr onu əldə edə bilmirlər. Əldə etdiyimiz məlumata görə, həkimlər tərəfindən həmin dərmanlar çox vaxt ya tanıdıqları xəstələrə verilir, ya da paytaxtdakı apteklərdə satdırılır.