Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 18:24

Bloger Hüseyn bu dəfə uşaqlara pul paylayaraq özünü gündəmə gətirdi…

Bloger Hüseyn Həsənov sosial şəbəkədə yayımladığı video ilə diqqət çəkib. 

Tezadlar.az xəbər verir ki, Bakıda qırmızı “Ferrari” ilə yol gedərkən uşaqlar blogerə yaxınlaşıb.

Maşının pəncərəsini açan Hüseyn onlardan birinə bir koma pul verib. Həmin görüntünü paylaşan bloger “Sizi sevindirməyi sevirəm” sözlərini yazıb.

Yaxşı əməl sahibi olmaq çox gözəldir. Uşaqları sevindirmək isə lap savab işdir. Amma o da var ki, “sağ əlin verdiyini, sol əl bilməməlidir”! Blogerin bu əməli bilmirəm xeyirxah əməl kimi onun çiyinlərinə yazılacaq, ya yox, amma onu bilirəm ki, etdiyini – verdiyi pulu (həm də uşağa) videoya çəkib paylaşaraq kiməsə özünü göstərmək nə dinimizə yaraşır, nə də xalqımızın adına.

Xaliq

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!