Bakı Ali Neft Məktəbinə (BANM) BMT-dən minnətdarlıq edilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“BMT-nin Təlim və Tədqiqatlar üzrə İnstitutunun (UNITAR) Sosial İnklüzivlik üzrə Direktoru cənab Alex Mejia Bakı Ali Neft Məktəbinə təbrik mesajı göndərib.
Təbrik UNITAR çərçivəsində BANM – da təhsil alan nigeriyalı tələbələrin uğurla məzun olması münasibətilə ünvanlanıb”, – deyə rektor qeyd edib.
JASMİN







