Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib ki, BMT Türkiyənin özünü elan etmiş Kosovo Respublikasına pilotsuz təyyarələr tədarük etməsinə cavab verməlidir.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O, bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının qətnaməsinə və digər beynəlxalq normalara əməl etməlidir. O, həmçinin Ankaranı Kosovonu silahlandırmağı dayandırmağa çağırıb, çünki Türkiyənin hərəkətləri regiona ciddi təsir göstərir. Eyni zamanda, Vuçiç Serbiyanın Türkiyə ilə yaxşı münasibətlər saxlamaq istədiyini vurğulayıb.
“Bir ildən çox əvvəl Türkiyənin BMT-dəki nümayəndəliyində söhbət zamanı prezident Ərdoğandan Priştinanı silahlandırmağı dayandırmasını xahiş etdim. O, yaxın müttəfiqi və xarici işlər naziri Hakan Fidan da orada idi. Onlardan xahiş etdim və BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsini və digər aktları diqqətə çatdırdım”.
Vuçiç daha əvvəl bəyan etmişdi ki, Qərb və Türkiyə özünü elan edən Kosovonu aktiv şəkildə silahlandırır.
E.ŞİRİNOV

