Əsas məzmuna keç

“BMT-nin sənədində Ermənistan dövlətinə ciddi iradlar və tələblər irəli sürülüb” – hüquqşünas

Səylərimiz nəticə verdi!
BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsi sentyabr ayının 14-24 tarixlərində keçirdiyi 31-ci sessiyasda Ermənistanla bağlı qəbul etdiyi “Yekun Müşahidə” (Concluding observations) sənədini dərc edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu və mənim rəhbərlik etdiyim Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (İnsan hüquqları üzrə Təlim və Tədqiqat İB İlə birgə) tərəfindən təqdim olunan alternativ hesabatlar, bizim Cenevrədə Komitənin prezidenti və üzvləri ilə qeyri-formal görüş və brifinq, brifiqdə səslədirdiyimiz bəyanat, təqdim etdiyimiz digər sənədlər əsaslı olaraq nəzərə alınıb.
Bu barədə tanınmış hüquqşünas, ekspert Sahib Məmmədov sosial media hesabında bildirib.
“Ermənistan dövlətinə ciddi iradlar və tələblər irəli sürülüb.
Təəssüf ki, bizim 10 ildir davamlı olaraq yazıb dediklərimizə baxmayaraq, Xarici İşlər Nazirliyi kütləvi məzar yerləri ilə bağlı “Minnesota Protokolu”nda nəzərdə tutulan tələblərlə bağlı zəruri işləri görməyib. Ona görə də bizim 32 kütləvi məzar yeri BMT-nin “Məhkəmdənkənar Cəzalar üzrə Xüsusi Məruzəçisi” tərəfindən qeydə alınmayıb. Mənim rəhbərlik etdiyim QHT Xüsusi Məruzəçiyə hesabat təqdim edib, amma bu kifayət deyil.
Biz işimizi gördük. Bu arada “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası” nın kiçik kollektivinin fədakar əməyini qiymətləndirməmək mümkün deyil”, – deyə o qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…