Əsas məzmuna keç

BMT SÜLHMƏRAMLILARI KİPRDƏ TÜRKLƏRLƏ DÖYÜŞƏ ÇIXIBLAR

Kipr türkləri Birləşmiş Millətlər Təşkilatının sülhməramlıları ilə vuruşub.

Bu barədə “Daily Mail” qəzeti yazıb və davanın videosunu göstərib.

Münaqişə Pyla yaxınlığındakı bufer zonada iki Kipr türk icması arasında dəmir yolu tikintisi ilə bağlı yaranıb – BMT rəsmiləri icazəsiz olduğu üçün onun tikintisinə mane olmaq istəyiblər.

Dava avqustun 18-də baş verib, lakin görüntülər sonradan yayılıb.

Nəticədə, BMT-nin üç əsgərinin tibbi yardıma ehtiyacı olub, onlardan birinin burnu qırılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…