Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyada boks üzrə “Qələbə Kuboku”na start verilib.
Boks Federasiyasından bildirilib ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.
Tezadlar.az xəbər verir ki, Permdə keçirilən “Qələbə Kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə öz xeyrinə bitirib. 4 raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.
“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.
RÖVŞANƏ