Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.
Tezadlar.az xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.
Turnirin son günündə Zidan Hümbətov (54 kiloqram) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.
Ondan öncə Banuçiçək Nəsirli (48 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) bürünc medala yiyələniblər.
R.XUDATQIZI