Əsas məzmuna keç

BOMBA HƏYƏCANI: TİCARƏT MƏRKƏZİ BOŞALDILDI…

Ötən dəfə hava limanında, bu dəfə isə ticarət mərkəzində həyəcanlı anları yaşadanlar hələki ələ keçməyib…

Belə ki, Batumidəki “Grand Mall”, “Metro City” və “Plaza” ticarət mərkəzlərindən vətəndaşlar təcili təxliyə edilib. Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki,  ticarət mərkəzlərindən birində bomba qoyulması ilə bağlı xəbardarlıq zəngi gəlib. Vətəndaşlar bildiriblər ki, binaları tərk etmə səbəbi deyilməsə də, lakin bomba mütəxəssisləri əraziyə cəlb olunub.

Qeyd edək ki, yanvarın 20-də axşam saatlarında Batumi Beynəlxalq Hava Limanına da bomba qoyulması ilə bağlı anonim zəng gəlmişdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…