Əsas məzmuna keç

BORREL Aİ-NİN UKRAYNA İLƏ BAĞLI XƏRCLƏRİNİ AÇIQLAYIB

Avropa İttifaqı artıq Ukraynaya hərbi təchizat üçün 42 milyard avro xərcləyib və yardımın ümumi həcmi 110 milyard avroya çatıb ki, bu da ABŞ yardımını üstələyir.

Tezadlar.az xəbər verir ki, bunu Brüsseldə keçirilən konfransda çıxış edən Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borrel deyib.

“Bu günə qədər biz Ukraynaya təkcə hərbi ehtiyaclar üçün 42 milyard avro ayırmışıq, ilin sonuna qədər 45 milyard avro olacaq. İqtisadi və maliyyə yardımlarını hesablasaq, bu, artıq 110 milyard avroya çatıb, yəni ABŞ-ın verdiyindən çoxdur”, – Borrel deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…