15 Dekabr 2025 / 12:27

Boyu bu boyda, amma kişiliyi nə boyda!

Boyu bu boyda, amma kişiliyi nə boyda !
Bu bizik?!
Bu gün görkəmli tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet “İldırım” təşkilatının qurucularından biri, dissident yazıçı İsmixan Rəhimovun vəfat etdiyi gündür. 21 il ötdü “ildırımçı dönməz”in vəfatından
Bəzən həyatımızda elə insanlar olur ki, gerçəkdə bizim müəllimimiz olmasa da, dərs dediyi auditoriyada oturmamış olsaq belə, onunla birlikdə sürgündə olmasaq belə, çəkdiyi ağrıların mində birini belə çəkməsək belə ondan o qədər gözəl örnəklər götürür, elə dərslər öyrənirik ki, onu həyatımız boyu öz müəllimimiz hesab edirik. Hətta bu gün özü həyatda olmasa belə…Əlbəttə çox az olur belə insanlar, amma olur..
Təbii ki, bu üzdən mən də ötüb keçə bilməzdim İsmixan müəllimi bu gün vəfat etdiyi gününü anmasaydım. Heç doğru olmazdı. Doğrudur, hər il doğum və vəfat günlərini səhifəmdə paylaşsam da, nə qədər paylaşsaq da yenə də azlıq edir yazılanlar.
Axı, o, İsmixan Rəhimovdur.!
İsmixan müəllimi təsvir etməyə sözlər azlıq edir.. bəzəndə gücü çatmır sanki…Mənim aləmimdə onun şəxsiyyətinin böyüklüyünü heç bir ifadəylə izah etmək olmur. Boyu balaca olsa da şəxsiyyətdə böyük insan idi İsmixan müəllim.
O, 1925-ci il sentyabr ayının 18-də Bakı şəhərində tacir ailəsində atası Şahverdiyev Əlibəndə kişinin ailəsində dünyay gəlib. Anasi Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olub.
İsmixan Rəhimov 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olub. Sonra isə BDU-nun filologiya fakultəsinə qəbul olur. Lakin 1948-ci ildə Sovet rejimi tərəfindən həbs edilən İsmixan Rəhimov təhsilini sona çatdıra bilmir. Çünki1944- cü ildə İsmixan Rəhimov və ayrı-ayrı ali məktəblərdən olan daha 6 nəfər tələbə «İldırım» gənclər təşkilatını yaratmışdılar və DTX bu məsələdən xəbər tutmuşdu.
Təşkilatın məqsədi Azərbaycanın müstəqilliyi və Azərbaycan dilinin sıradan çıxmasına qarşı mübarizə aparmaq olur. Bir gün onların xalq şairi Səməd Vurğuna kömək istəmək məqsədilə “Dönməzlər” imzası ilə göndərdikləri məktub təhlükəsizlik orqanlarının əlinə düşür. Bütün ali məktəblərdə imla yazdırılıqdan sonra məlum olur ki, məktubu yazanın xətti İsmixan Rəhimovun xəttinin eynidir. Beləliklə, o 6 nəfər gənc həmkarı ilə ” İldırım” adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilir. İsmixan Rəhimov 25 il azadlıq, 5 il seçki hüququndan məhrum edilir, və bütün əmlakı müsadirə olunur.İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: “İsmixan Rəhimov antisovet təşkilatın 1944- cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib,həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökümətinin milli siyasətini pisləmiş, “İldırım” adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatının nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn ilə birlikdə Azərbaycanın görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ- dən ayırmaq və Azərbaycanda “Burjua millətçi respublika” yaratmaq olmuşdur”
Sürgün Stalin ölənə qədər 1955-ci ilə qədər davam edir və ildırımçılar vətənə qayıdırlar.
İsmixan müəllim vətəni bəlkə də hamıdan çox sevirdi. Deyirdi “İnsan bir qadını sevəndə xoşhal olur, valideynlərini sevəndə sevinir, çünki borcunu verir. Vətənini sevən insan isə qürurlu olur” Yəqin elə bu səbəbdən də ömrünün 7 ilini sürgündə, ölüm düşərgəsində keçirsə də, İsmixan müəllim sürgünə yollananda yaşadığı anların ən gözəl anlar, keçirdiyi hisslərin ən müqəddəs hisslər olduğunu deyirmiş.
İsmixan müəllim başdan ayağa qürur nümunəsi idi. Ömrünün 7 ilini ölüm düşərgəsində keçirən İsmixan Rəhimovun şərəfli ömrünə 50 il müəllimlik etmək də yazılmışdı. Amma həqiqi,gerçək müəllimlik…O, dərs dediyi, dil öyrətdiyi tələbələrinə təkcə ingilis dilini deyil, ilk növbədə şərəf, ləyaqət dərsini öyrədirdi. Dərsdə tələbələrinə Nizamidən, Füzulidən, Ü.Hacıbəyovdan, M.Ə.Rəsulzadədən, tarixdən, azadlıqdan, Azərbaycan Respublikasının yaradılmasından, və s. suallar verirdi. Nə üçün belə etdiyini soruşanda cavab verirdi ki, “özünü tanımayan, bilməyən biri lap bütün dillərdə danışsa nəyə faydası olar ki.?!.”
“Boyu bu boyda, amma kişiliyi nə boyda”
Hər dəfə bu sözü eşidəndə bu ifadə ilə bağlı hadisə yadıma düşəndə İsmixan Rəhimov gəlib durur gözümün qabağında. Əmin olursan ki, İnsan xarici görünüş, savad, bilik, elmi dərəcələri, vəzifəsi, cəmiyyətdə tutduğu mövqem ilə ölçülmür. Bu barədə misallar çoxdu: “Alim olmaq asandır, adam olmaq çətin”, “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”, “Adı Tərlandır, özü cücə” və sairə, və il axır. Amma yuxarıda sadaladığım müsbət cəhətləri üst-üstə gəlsəm, hamısı İsmixan Rəhimova layiqdir. Sonda bərabərlik işarəsi qoyandan sonra fikri tamamlamaq üçün bir cümlə yetər: Boyu bu boyda, amma kişiliyi nə boyda.
Sözardı: Qeyd edim ki, Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevə, onun bacısı Sevil Əliyevaya, onlarla nazirə, nazir övladlarına, neçə-neçə məşhur sənətkarlara ingiliscə danışmağı o öyrədib.
Ruhu şad olsun, böyük şəxsiyyətin !
Baba Allahnəzərov,
tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!