Əsas məzmuna keç

İrandan Trampa “geri çəkilmək yox” mesajı

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ölkəsinin uranı zənginləşdirmək hüququ, zənginləşdirilmiş urana sahib olmaq, Hörmüz boğazı üzərində səlahiyyətləri və sanksiyaların ləğvi daxil olmaqla “qırmızı xətlərindən” geri çəkilməyəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, sosial media hesabında paylaşdığı mesajda Əzizi deyib: “İran (ABŞ prezidenti Donald) Trampın açıqlamalarına cavab olaraq qırmızı xətlərindən, o cümlədən uranı zənginləşdirmək hüququ, zənginləşdirilmiş urana sahib olmaq, Hörmüz boğazı üzərində səlahiyyətləri və sanksiyaların ləğvindən geri çəkilməyəcək”.

Əzizi Trampın “strateji çıxılmaz vəziyyətdən çıxış yolu axtardığını və təhdidlər verməklə razılaşma tələb etmək arasında tərəddüd etdiyini” qiymətləndirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…