Əsas məzmuna keç

BÖYÜK BRİTANİYA RUSİYAYA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

London Moskva və Minskə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə fevralın 22-də Britaniya hökumət portalında məlumat verilib.

Rusiya şirkətləri, o cümlədən Belarus, Çin, Türkiyə təşkilatları və BƏƏ, Marşal adaları və İsveçrənin bəzi şirkətləri məhdudiyyətlərə məruz qalıb.

Bundan əvvəl bildirilmişdi ki, fevralın 21-də Avropa İttifaqı Rusiyaya qarşı növbəti, 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəlib. 200-dən çox şəxs və müxtəlif təşkilatlar məhdudiyyətlərə məruz qalacaq.

Qeyd edək ki, fevralın 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, kollektiv Qərbin başlatdığı sanksiya müharibələri beynəlxalq hüququn mahiyyətini öldürməklə yanaşı, bütün dünyada insanları qida və dərmandan məhrum edir. O, BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsində Rusiya Federasiyasına qarşı qanunsuz olaraq tətbiq edilən minlərlə müxtəlif sanksiyaların müzakirəsini təklif edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…