Böyük Britanıya Ukraynaya böyük dəstək verməkdədir

Oxunma sayı: 77

Gözlənildiyi kimi, Tramp- Zelenski görüşündən dərhal sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb. Sitat:  “Bu axşam (fevralın 28-də – red.) Baş nazir həm Prezident Tramp, həm də Prezident Zelenski ilə danışıb. O, Ukraynaya sarsılmaz dəstəyini davam etdirir və Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında dayanıqlı sülh yolu tapmaq üçün əlindən gələni edir”.
Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla müşaiyət olunub, bu görüş canlı izlənilib, jurnalistlərin gözü qarşısında baş verib. Hətta ukraynalı jurnalist Trampın şərhlərini və Zelenskini aşağılayan çıxışını görəndə özünü saxlaya bilməyərək ağlayıb… Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə kompromisə getməməyə çağırıb. Buna cavab olaraq Tramp bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və onun “güclü kartları yoxdur”. Söhbətə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də müdaxilə edərək soruşub: “Siz heç olmasa bir dəfə “sağ ol” dedinizmi?”.

Tramp ukraynalı əsgərlərin inanılmaz şücaət nümayiş etdirdiyini qeyd etsə də, ABŞ-nin döyüşləri dayandırmaq və vəsaitləri “digər məqsədlərə, məsələn, bərpa işlərinə” yönəltmək istədiyini vurğulayıb.

Dünya isə Trampdan ədalət gözləyirdi, amma və lakin…

A.Məmmədli

Xəbəri paylaş

21 Aprel