bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Cio Kristofoli Bakı Ali Neft Məktəbində (BANM) olub.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media səhifəsində məlumat verib.
“O, BANM-in kampusu ilə tanış olub, tələbələr üçün master-klass keçib. Qeyd etmək lazımdır ki, hər yeni təyin olunan regional prezident universitetlərlə ilk tanışlığı BANM-dan başlayır.
Hazırda BANM-in 100-dən artıq məzunu bp-də çalışır, hər il onlarla tələbə şirkətdə təcrübə keçir”, -deyə o, qeyd edib.