Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Braziliya BMT Təhlükəsizlik Şurasının mandatı olmadan sanksiyaların tətbiqinə qarşıdır, həmçinin Ukraynadakı münaqişənin hər iki tərəfinə silah tədarükünün qəbuledilməzliyi ilə bağlı mövqeyini saxlayır.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, tədarüklərin dayandırılması zərurətini Braziliyanın xarici işlər naziri Maura Vieyra bəyan edib.
“Biz ənənəvi olaraq birtərəfli sanksiyalara qarşıyıq və yalnız BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi sanksiyaları tanıyırıq. Bu, Braziliyanın xarici siyasətinin tarixi mövqeyidir… Braziliya münaqişə tərəflərinə silah göndərməmək mövqeyindədir”, – deyə nazir qeyd edib.
E.ŞİRİNOV