Əsas məzmuna keç

Braziliya prezidenti Ukraynaya qoşun yeritməkdən danışıb

Braziliya prezidenti Luiz İnasio Lula da Silva jurnalistlərə açıqlamasında ölkəsinin Ukraynaya qoşun yeritməyəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Qeyd edək ki, bir müddət əvvəl Qərb KİV-i Amerika rəsmilərinin Ukraynada atəşkəs əldə olunacağı təqdirdə oraya xarici qüvvələrin, o cümlədən Çin və Braziliyadan da göndərilməsini təklif etdiyi barədə məlumat yayıb.

“Braziliya qoşun göndərməyəcək, yalnız sülhməramlı missiya göndərəcək. Braziliya sülh razılaşması üçün hər şeyi etməyə hazırdır”, – Lula da Silva bildirib.

Jurnalistlər belə izah ediblər ki, prezident mümkün missiyanın hansı formatda müzakirə olunduğunu söyləməyi lazım bilməyib.

Braziliya rəhbəri qeyd edib ki, respublika Rusiya ilə Ukrayna arasındakı münaqişədə tərəf ola bilməz.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…