Əsas məzmuna keç

Braziliyada qalmaqallı derbi

Braziliyada əzəli rəqiblərin qarşılaşması zamanı baş verənlər dünya gündəminə düşüb.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki, ölkənin liqasında oynayan “Quarani” əzəli rəqibi “Ponte Preta”nı öz evində qəbul edib. Oyun ev sahiblərinin qalibiyyəti ilə başa çatıb.

Bundan sonra tribunanı yönləndirən qonaq komandanın daha aşağı liqaya düşməsini elan edib. Nəticədə gözlənilməz hadisə yaşanıb. “Ponte Preta”nın oyunçuları hələ meydançada ikən stadionun işıqları söndürülüb. “Quarani” azarkeşləri şam effekti yaratmaq üçün telefonların işıqlarını yandırıblar və ölüm marşı çalınıb.

Həmçinin tribuna aparıcısı “Ponte Preta”nın adını çəkməyib və tabloda da qonaq komandanın loqosu örtülüb.

Bu görüntülər viral olandan sonra sərt reaksiyalara səbəb olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…