Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

UFC-nin orta və ağır-yüngül çəki dərəcələrində keçmiş çempionu Aleks Pereyra 93 kq çəki titulunudan sonra liqa ilə səkkiz döyüşlük yeni müqavilə imzalayıb. Braziliyalı idmançı yeni müqavilənin şərtlərindən o qədər razı qalıb ki, hətta ağır çəkidə kəmər uğrunda olmayan döyüşə də razılıq verdiyini deyib.
Tezadlar.az bildirir ki, Aleks Pereyra ağır çəki divizionuna keçid planlarından bəhs edərkən maraqlı məqamlara toxunub. O, UFC-nin ona təklif etdiyi şərtlərin istənilən rəqiblə döyüşmək üçün kifayət etdiyini vurğulayıb.
“Düzünü desəm, sadəcə kəmərimdən imtina edib ağır çəkililərlə döyüşmək, bəlkə də titul uğrunda mübarizə aparmaq istəyirdim. Amma bu, ağır çəkidəki top-döyüşçülərdən biri ilə adi qarşılaşma olsaydı belə, razılaşardım. UFC mənə elə sərfəli müqavilə təklif etdi ki, heç bir etirazım olmadı. Onlar nə istədilərsə, onu da etdilər, mənim üçün fərqi yox idi”, – deyə Aleks Pereyra bildirib.