BRİTANİYADA MÜNAQİŞƏ BİTDİKDƏN SONRA UKRAYNANIN GƏLƏCƏYİNİ BELƏ PROQNOZLAŞDIRIRLAR

Münaqişə bitdikdən sonra Ukraynada vətəndaş müharibəsi başlaya bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “Spectator” nəşri yazır.

Materialda qeyd olunur ki, hazırda hər şey münaqişənin son mərhələsinə doğru gedir.

“Vətəndaş müharibəsi ölkəni parçalayacaq və indi heç kimin belə bir inkişafa hazırlaşdığı görünmür”, – nəşr yazır.

Bir gün əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Avropa və Ukrayna Rusiya ilə münaqişənin həlli üçün danışıqlarda iştirak etməlidir.

Qeyd edək ki, fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı olub. Əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli olub. Ağ Ev rəhbəri Rusiya lideri ilə Səudiyyə Ərəbistanında şəxsən görüşmək planlarını da açıqlayıb. Onun sözlərinə görə, əsas qarşılıqlı əlaqə telefonla baş tutacaq, lakin ilk üz-üzə görüş böyük ehtimalla orada baş tutacaq.

E.ŞİRİNOV

 

Xəbəri paylaş