Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2022 / 09:19

BSU-DA YAZ SEMESR İMTAHANLARI BAŞLADI-TƏLƏBƏLƏRƏ UĞURLAR

İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.

Universitetdən “Təzadlar”a bildirilib ki, imtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin  giriş balları fakültələrdə müvafiq  lövhələrdə asılıb. BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı  yaradılıb.  Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif  və fikirlərini qeyd etmək üçün info@bsu-uni.edu.az  ünvanına yazmaqla, müraciət etmək olar.

Xatırladırıq ki, universitetin rəhbərliyi bir neçə ay olar dəyişdirilib. Bu, sadəcə, rəhbər dəyişikliyi deyil. Artıq universitetdə tədrisin keyfiyyəti də yaxşılaşmaqdadır və semestr imtahanlarının təşkili və keçirilməsindəki şəffaflıq görülən işlərin ifadəsidir… 

Tələbələrə daha böyük uğurlar arzulayırıq!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!