3 Dekabr 2025 / 14:57

BSU Türkiyənin Trakiya Universiteti ilə əməkdaşlığa başladı…

Bu gün dekabrın 3-də Ədirnədə (Türkiyə) Trakiya Universitetinin rektoru professor Mustafa Hatipler ilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin məhsuldar görüşü olub. Tezadlar.az BSU-nun rəsmi saytına istinadla bildirir ki, Bakı Slavyan Universiteti ilə Trakiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bununla da tərəflər balkanşünaslıq və turkologiya istiqamətlərində əməkdaşlıq imkanlarını razılaşdırıblar. Eləcə də digər sahələr üzrə perspektivdə daha məhsuldar və işgüzar əməkdaşlıq gözlənilir.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!