Əsas məzmuna keç

BTC ilə gündəlik neft ixracı 577 min barelə çatdı

Bu ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 577 min barel təşkil edib.

Tezadlar.az bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.

Avqust ayı ilə müqayisədə sentyabr ayında BTC ilə neft nəqli 5 % və ya gündəlik 27 min barel çoxdur.

2024-cü ilin sentyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə boru kəməri ilə neft nəqli 6 % və ya 34 min barel azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…