Əsas məzmuna keç

Bu avtomobillərin sahiblərinə TƏBİB təşəkkür etdi – videoçarxda nömrə nişanları göstərildi

Bu sürücülər cərimə yox, məhz təşəkkür qazanıblar!
TƏBİB təcili tibbi yardım avtomobillərinin keçidi üçün yol açan sürücülərlə bağlı təşəkkür videoçarxı hazırlayıb.
 Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir:
“TƏBİB təcili tibbi yardım avtomobillərinin keçidi üçün yol açan sürücüləri alqışlayır və hamını bu nümunəvi davranışı davam etdirməyə səsləyir!
Hazırladığımız bu videoçarxın məqsədi yol hərəkəti qaydalarına əməl etməklə yanaşı, təcili tibbi yardım avtomobillərinə yol verən sürücüləri təbliğ etmək, onların diqqətli münasibətinə görə minnətdarlığımızı bildirmək və bununla da başqalarına örnək olmaqdır.
 Siz də xilaskara çevrilin!”
Qeyd edək ki, videoçarxda 99-VB-482, 99 -JG-877, 77-YC-869, 90-YA-872, 77-MJ-046, 77-AR-408, 77-OA-505, 90-UG-374, 77-BH-219, 77-VD-793, 77-CE-348 avtomobillərin sahiblərinə təşəkkür edilib.
 
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…