Əsas məzmuna keç

BU DƏFƏ KƏLBƏCƏR RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Qurumun rəsmi saytına istinadən bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN-in məlumatında bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…