Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 11:28

Bu da arzuladığımız Laçının yeni həyatı-VİDEO-FOTO

Doğma yurda qayıdan ailələrin sevinci, həyatın ritmini bərpa edən kəndlər və yenidən dirçələn Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi… Bunlar qürurvericidir, tarixi yaddaşdır!

***

Dövlət Qaçqınkom-dan “Təzadlar”a bildirilib ki, Laçında öz ata-babalarının qədim ənənələrini dirçəltmək üçün yeni bir nəsil formalaşır. Onlar doğma diyara sahib çıxaraq, bu torpaqları özlərinə əbədi yurd seçiblər. Abadlaşan Laçında körpələrin addımları, uşaqların gülüş səsləri, onların sevinci şəhərin ahəngini gözəlləşdirir. Dövlət başçısının tapşırığı ilə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur qurulur. Doğma yurda Böyük Qayıdış mərhələli şəkildə davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini şərhsiz təqdim edirik:

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!