Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli müəyyənləşdirilib. “Azərbaycan Dəmir Yolları” QSC- nin mətbuat xidmətindən tezadlar.az-a verilən məlumatda deyilir ki, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək. İctimaiyyətə əlavə məlumat veriləcək.