Ana dili günümüz mübarək! Azərbaycan Konstitusiyasında yazılır ki, Azərbaycanda Dövlətin dili Azərbaycan dilidir, yəni Azərbaycan türkcəsi! Amma Bakı küçələrini gəzəndə ticarət, otel, restoran və s. adlarına baxanda adama elə gəlir ki, dilimiz 90-cı illərədək rus dili idisə, indi də ingilis dilidir… Bunu mediamız gündəmdə saxlamalı, Konstitusiyamızdakı tələbi bəzilərinə anlatmalıdır…
Ən maraqlısı, bizdə məmurun öz dili, kasıb-kusubun öz dili, yol polisinin öz dili, hakimin öz dili, şairin, yazıçının, deputatın… öz dili var! Görürsüz də, dilimiz neçə yerə parmalanıb! Amma nə olsa da, Ana dilimiz qorumalıyıq! Çünki o Anamızın -Azərbaycanın dilidir!
A.Məmmədli