Bu gün dünyanın hər yerində fəaliyyət göstərən rəsədxanalar Yer kürəsində G1 səviyyəli geomaqnit fırtınası qeydə alıblar.
Alimlərin fikrincə, bu, avqustun əvvəlindən bəri üçüncü maqnit fırtınasıdır. Geomaqnit sahəsində əvvəlki pozuntular 2 və 8 avqust tarixlərində qeydə alınıb. Onların intensivliyi 5 ballıq geomaqnit fırtınası şkalasında G2-ni keçməyib.
Hazırkı fırtına G1 kimi təsnif edilir , yəni zəif. Mütəxəssislər onun qısamüddətli olacağını və bundan sonra Yer kürəsinin maqnit sahəsinin sabitləşəcəyini proqnozlaşdırırlar.
Beləliklə, avqustun ilk 18 günündə geomaqnit fırtınaları artıq üç dəfə müşahidə olunub.
JASMİN






