Bu gün İsmayıllının İcra başçısı Nahid Bağırovun ali təhsil məsələsinə aydınlıq gətiriləcək

Oxunma sayı: 411

QƏZET RƏHBƏRLIYI «MEDIA HAQQINDA» VƏ «İNFORMASIYA ƏLDƏ ETMƏK HAQQINDA» QANUNLARIN TƏLƏBLƏRININ KOBUD SURƏTDƏ POZULMASINA GÖRƏ DÖVLƏT İMTAHAN MƏRKƏZİNƏ QARŞI MƏHKƏMƏDƏ IDDIA QALDIRIB…

«Təzadlar» qəzetinin rəhbərliyi Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadəyə qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025- ci il tarixli qərarından  Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmənin iclası bu gün saat 11:40 radələrində baş tutacaq. PHansı ki, Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov iddiaya baxılmasının mümkünsüzlüyü barədə absurd qərar qəbul etmişdi.

***

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunsa da, DİM sorğunu cavablandırmaqdan imtina etmişdir. Cavabdeh əsassız olaraq cavab məktubunda yazır ki, guya tələb edilən informasiya fərdi məlumatlar kateqoriyasına aiddir. Halbuki iddia ərizəsində tələb edilən məlumat Nahid Bağırovun özü tərəfindən İsmayıllı rayon İH-nin rəsmi saytında yayılmış açıq məlumat bazasında vardır, sadəcə, redaksiya bu məlumatın DİM tərəfindən təsdiqini xahiş etmişdir.

Xatırladaq ki, İsmayıllı RİH başçısı Nahid Bağırov özü tərəfindən rəsmən ictimailəşdirilmiş məlumatlarında- tərcümeyi- halında qeyd edir ki, o, 1999- cu ildə ABU- nu bitirərək ali təhsil diplomu əldə etmişdir. Azərbaycan Nazirlər Kabineti tərəfindən ABU- ya verilmiş Lisenziya və qərarda isə ABU- nun 1997- ci ildə yaradıldığı bildirilir, təhsil müddəti 4 illik göstərilir. Belə çıxır ki, N.Bağırov iki ilə 4 illik universiteti bitirib Ali təhsil diplomu almışdır.

“Təzadlar”

 

Xəbəri paylaş

23 May