Əsas məzmuna keç

Bu hərracda nələr baş verdi?

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 550 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Tezadlar”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 5 500 ədəd səhm abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 260 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutmayıb.

Bununla belə, “Legion Financial”ın nizamnamə kapitalı 7,1 % artaraq 3,65 milyon manatdan 3,91 milyon manata çatıb.

“Legion Financial” 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova, Ramin Süleymanlıya, Rövşən Sultanova, Böyükağa Məmmədova və Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…