Əsas məzmuna keç

BU İSTİQAMƏTLƏRDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 22-si saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…