Əsas məzmuna keç

Bu ilin 9 ayında 61 əcnəbi Azərbaycana sığınacaq üçün gəlib

Bu ilin yanvar-sentyabr ayları ərzində 61 qaçqın sığınacaq almaq üçün Azərbaycana gəlib. Tezadlar.az Dövlət Miqrasiya Xidmətinə istinadla bildirir ki, bu say ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 % çoxdur. Bundan əlavə, “Qaçqın Konvensiyasına” əsasən, “qaçqın” statusu alan 293 nəfər Azərbaycana gəlib. Bu isə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 33,2 % çoxdur. Həmçinin, dövr ərzində heç bir vətəndaşlığı olmayan 617 nəfər Azərbaycana gəlib. Bu isə 2024-cü ilin 9 ayı ilə müqayisədə 29,4 % azdır.

Daha çox hansı ölkələrin vətəndaşlarının sığınacaq istəməsi isə açıqlanmır.

Ramiz

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…