…İrəvanda yerləşən “Göy Məscid”in mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsini, tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədin iştirakını qətiyyətlə pisləyirəm və bu hərəkəti qınamaqla, özümə borc bilib mövqeyimi bildirmək istəyirəm. Belə ki, 1915-ci ildə türklərə divan tutan daşnak ordusunda xidmət etmiş, Qaregin Nijdenin “tsexakronizm” ideologiyasını təbliğ edən bir lənətullahın xatirəsini əbədiləşdirmək nə deməkdir? Məgər bu dini abidə İranın dədə-baba mülküdür ki, hansısa kafirə hədiyyə edə?
İranın heç bir mənəvi haqqı yoxdur ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdiyi məscidi, Azərbaycanın tarixi-mədəni irsini özününküləşdirsin. Özününküləşdirmək bir yana, hələ bir erməniləşdirsin.
Məscidlərdə donuz və heyvan saxlayan, ibadət yerlərimizi təhqir edən ermənilərə bu “mükafatı” verməklə molla rejimi nə demək istəyir? Göy Məsciddə irsimizə qarşı vandal hərəkətlər fars reşiminin və daşnakların birgə Azərbsycana qarşı növbəti təxribatıdır. Bu, dünya əhalisinin 25 faizini təşkil edən 2 milyarddan çox müsəlmana qarşı təhqirdir. Qafqaz Müsəlmanları İdarəsinin bu biabırçılığa qarşı bəyanatını təqdir edir, bir Qərbi Azərbaycanlı olaraq hesab edirəm ki, Dini Komitə, dünyadakı islam cəmiyyətləri və təşkilatları Tehran mollakratiyasından izahat tələb etməlidirlər. İSESCO, İƏT qarşısında məsələ qaldırılmalıdır.
Göy Məscid Azərbaycan irsidir, əmlakıdır.
Azərbaycanın müəqəddəs mənəvi duyğuları ilə heç kimin oynamağa haqqı yoxdur.
Onu da təklif etmək istərdim ki, Bakının mərkəzində yerləşən Erməni Kilsəsində xüsusi bir Sərgi salonu açılsın, orada erməni vandalların 1905, 1918-ci illərdə xalqımıza qarşı törətdiyi vəhşilikləri əks etdirən foto-stend guşəsi yaradılsın.
Eləcə də, 20 Yanvarda, Birinci və İkinci Qarabağ müharibəsində şəhid edilmiş rus, ukrain, udi və digər xristian xalqların ekspoziyası qurulsun, Xatirə lövhəsi yaradılsın. Bakıya gələn xarici turustlər ilk növbədə bura cəlb edilsin və erməni cəlladları haqqında əsil həqiqətlərin şahidi olsunlar.
Vaqif Abdullayev,
Professor







