Ötən gün Şirvanda oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Tezadlar.az DİN-ə istinadla bildirir ki, Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanması barədə polisə məlumat daxil olub.
Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə faktı törətməkdə şübhəli bilinən Daşqın Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraq saxlanılıblar. İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov, Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirov saxlanılıblar. Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu da oğurluğun sonu: yəqinki dəstə bu bəd əməli niyə törətdiyini müzakirə etmək üçün ən azı 5 il həbsxanada düşünməli olacaq!
Elçin


