22 May 2022 / 07:47

BU ÖLKƏDƏ MEYMUN ÇİÇƏYİ VİRUSUNA İLK YOLUXMA HALI QEYDƏ ALINIB

İsveçrənin Bern kantonunda meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiyyətdə olduğu insanlar müəyyənləşdirilir.

Bern kantonunun Səhiyyə, Sosial və İnteqrasiya üzrə Direktorluğunun məlumatına əsasən, xarici ölkələrdən birində virus daşıyıcısı ilə təmasda olan şəxs hazırda ambulator müalicə alır və vəziyyəti sabitdir.

İsveçrə Federal Səhiyyə İdarəsi mümkün yoluxma halları ilə bağlı tədbirlər görüləcəyini elan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!