Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 07:55

Bu ölkə vətəndaşlarının ABŞ- a girişinə qadağa qoyuldu

Amerika lideri Donald Tramp daha bir qərarı ilə yenidən gündəmə gəlməkdədir. Belə ki, o, bazar ertəsindən (9 iyun – Qeyd) etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyannamədə deyilir. Qadağanın tətbir ölkələr bunlardır: Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya.  Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da ABŞ-ın şərq vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) qüvvəyə minəcək. Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər tətbiq ediləcək. Sənəddə qeyd olunub ki, qərar sərəncam qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək. Ağ Evin sözçüsü Abigeyl Cekson isə bu qərarı beləşərh edib:  “Prezident Tramp amerikalıları ölkəmizə gəlmək və bizə zərər vermək istəyən təhlükəli xarici emissarlardan qorumaq vədini yerinə yetirir”.

O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunduğu ölkələrdə insanlar lazımi qaydada yoxlanılmır. Bundan əlavə, müddəti bitmiş vizalar da çoxdur. Qərarda istisnalar nəzərdə tutulur: məsələn, qadağa ikili vətəndaşlığı olan şəxslərə, xarici diplomatlara, idmançılara və digər kateqoriyalara aid edilməyəcək.

Bu qərar isə adı çəkilən ölkələrdə sərt qarşılanıb. Bunu insan haqlarının kobud pozuntusu kimi qarşılayıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!