Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kolumbiya hakimiyyəti “Pablo Eskobarın zooparkından” olan heyvanlardan törəyən 80-ə qədər su ayğırını məhv etmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, vəhşi heyvanlar yerli növləri sıxışdırır və yerli sakinləri təhdid edir.
Ətraf Mühit naziri İrene Velezin izah etdiyi kimi, su ayğırı populyasiyasını idarə etməyin digər üsulları, o cümlədən bəzi heyvanları kastrasiya etmək və ya zooparklara yerləşdirmək baha başa gəlib və uğursuz olub.
Kolumbiya Afrikadan kənarda vəhşi su ayğırlarının yaşadığı yeganə ölkədir. Yerli populyasiya narkobaron Pablo Eskobarın 1980-ci illərdə Maqdalena çayı vadisindəki nəhəng bir rançosunda özəl zooparkına gətirdiyi dörd fərddən törəyib.
Kolumbiya Milli Universiteti bildirib ki, 2022-ci ildə ölkədə təxminən 170 su ayğırı yaşayıb. Onlar Eskobarın rançosundan 100 kilometrdən çox şimalda yerləşən ərazilərdə müşahidə olunub. Heyvanlar yerli növləri qidadan məhrum edir və kəndlilər və fermerlər üçün təhlükə yarada bilər.
E.ŞİRİNOV