Dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchizatı təmin etmək, istehlakçı məmnuniyyətini artırmaq məqsədilə qeyri-sabit hava şəraitində “Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında zəruri işlər aparılıb.
TEZADLAR.AZ-a “Azəristliktəchizat” ASC-dən verilən məlumata görə, müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.
“Vətəndaşlar yaranan problemlə bağlı “Azəristiliktəchizat”ın 956 – “Çağrı Mərkəzi”nə və ya cəmiyyətin rəsmi aktiv sosial şəbəkə hesablarına müraciət edə bilərlər”, – ASC-dən qeyd edilib.
Hazırda “Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 554 qazanxana vasitəsi ilə 3871 yaşayış binasının, 185 mindən çox mənzilin istilik enerjisi ilə təminantını həyata keçirir.
Qeyd edək ki, son günlər paytaxtda da havanın temperaturu kəskin şəkildə enib və fasilələrlə qar yağıb, yollar buz bağlayıb. Hələ bir neçə gün də havanın temperaturunun aşağı olacağı gözlənilir.